“Euronews” “Xarıbülbül” festivalı barədə reportaj hazırladı – VİDEObackend

"Euronews" “Xarıbülbül” festivalı barədə reportaj hazırladı - VİDEO

“Euronews” Şuşadakı V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı barədə reportaj hazırlayıb. 

KONKRET.az xəbər verir ki, videomaterialda Heydər Əliyev Fondunun təşkil etdiyi festivalda müxtəlif ölkələrdən musiqiçilər və rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivlərinin iştirak etdiyi qeyd olunur.

Qeyd edək ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*