Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman evə buraxılıb.
KONKRET.az-ın məlumatına görə, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova “Report”a bildirib ki, aktyor müalicə aldığı xəstəxanadan evə buraxılıb:
“Səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək”.
Qeyd edək ki, 36 yaşlı C.Telman fevralın 22-də evində baş verən partlayış nəticəsində xəsarət alıb. O, yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi.
