Evini ukraynalı qaçqınlarla bölüşənlərə pul veriləcəkbackend

Evini ukraynalı qaçqınlarla bölüşənlərə pul veriləcək

Böyük Britaniya hökuməti “Ukrayna üçün evlər” proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Ukrayna üçün evlər” proqramına əsasən, ukraynalıları ən azı 6 ay pulsuz mənzillə təmin edən ingilislər nə qədər qaçqın qəbul etməsindən asılı olmayaraq, ayda 350 funt-sterlinq alacaqlar.

Qeyd edək ki, ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*