“Əvvəlcə mən Putinin öldüyünü görmək istəyirəm”.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov deyib. O, guya işğalçılar tərəfindən öldürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Arsen Avakov Rusiya Prezidenti Vladimir Putinə və onun Xarkovda işğalçılar tərəfindən öldürüldüyü barədə yalan məlumat yayan Rusiya KİV-lərinə videomüraciət edib.
“Rusiya KİV-ləri mənim öldürdüklərini yazırlar… Aha, gözləyin, bu dəqiqə… Mən burdayam, Kiyevdə… Əvvəlcə mən Putinin necə öldüyünü görmək istəyirəm.
O, necə ölür, onun üfunətli imperiyası necə dağılır… Ukrayna isə çiçəklənəcək və qalib gələcək. Mən ölkəmin qələbəsi üçün çalışıram! Belə də olacaq!
Ukrayna qalib gələcək, biz Ukraynanı yenidən quracağıq və biz sizin rüsvayçı sonunuzu görmək üçün mütləq yaşayacağıq! Ukraynaya eşq olsun!”, – deyə Avakov Putinə səslənib.
Həmin videonu təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
Həmçinin oxuyun:
