Fabreqas baş məşqçi təyin olundubackend

Fabreqas baş məşqçi təyin olundu

Yeni mövsümdən İtaliya A seriyasında çıxış edəcək “Komo”nun yeni baş məşqçisi müəyyənləşib.

KONKRET.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sesk Fabreqas çalışdıracaq.

İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 37 yaşlı Fabreqas futbolçu karyerasını 2023-cü ilin yayında “Komo”da bitirib. İspaniya millisinin və “Barselona”nın sabiq üzvü 2023-cü ilin dekabrından “Komo”da köməkçi məşqçi kimi çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*