Faktiki hava açıqlandıbackend

Faktiki hava açıqlandı

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, yanvarın 13-ü saat 18:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Hazırda Bakıda və Abşeron yarımadasında, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Neftçala, Yardımlı, Lerik, Şabran, Biləsuvar, Lənkəran, Astara, Laçın, Kəlbəcərdə qar, Culfa, Ordubad, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabulda yağış  yağır.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26 m/s-dək, Göyçay, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Naftalanda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrdir.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 6 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*