Farah Zeynep Abdullah “Bergen” filmindən 40 milyon QAZANIBbackend

Farah Zeynep Abdullah “Bergen” filmindən 40 milyon QAZANIB

Türkiyəli aktrisa Farah Zeynep Abdullahın baş rolda çəkildiyi “Bergen” filmindən 40 milyon lirə (4 626 794 AZN) gəlir əldə etdiyi iddia olunub.

KONKRET.az “Kelebek”ə istinadən xəbər verir ki, bu rəqəmin daha da artacağı gözlənilir.

Nəşrin yazdığına görə, filmin hazırkı gəliri 150 milyon lirə təşkil edir. Ekran işini 5 milyondan çox izləyici seyr edib. Filmin yaradıcıları hər biletdən 14-15 lirə qazanır.

Lakin Farah barəsində yayılan iddiaları təkzib edib. O, bununla bağlı tviterdə yazıb: “Utancverici və uydurma xəbərdir. Bunu yayan mənbə ilə maraqlanıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*