Fatih Portakala qarşı ittiham irəli sürüldübackend

Fatih Portakala qarşı ittiham irəli sürüldü

Türkiyəli tanınmış jurnalist Fatih Portakal haqqında ittiham irəli sürülüb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Fatih Portakal İzmirin Səfərihisar rayonunda prezident seçkilərinin 2-ci turunda səs verdiyi zərfi qutuya atarkən “zəfər işarəsi” göstərib. Onunla birgə Yaşıl Sol Partiyasından seçki komissiyasının üzvü də eyni işarəni göstərib.

AKP üzvü olan vəkil Arif Yeğən bunun seçki qanunvericiliyinə zidd olduğunu vurğulayıb və məsələnin hüquqi ölçüdə həll olunması üçün rayon üzrə Seçki Şurası İdarəsinə müraciət edib.

O, eyni zamanda Yaşıl Sol Partiyasından seçki komissiyasının üzvünün vəzifəsindən uzaqlaşdırılmasını da tələb edib.

  • Vuqar
    May 28, 2023 - 22:22

    Bunu çatlağı, mandarin təki sıxıb suyunu axıtmaq lazımdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*