Fəzail Ağamalı, Hüseynbala Mirələmov, Çingiz Qənizadə… – ARAŞDIRMA APARILIRbackend

Fəzail Ağamalı, Hüseynbala Mirələmov, Çingiz Qənizadə... - ARAŞDIRMA APARILIR

“Əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslər ciddi cəzalanacaq, o cümlədən sosial şəbəkədə yayılan məlumatların hər biri dəqiqliklə araşdırılacaq”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bunları keçirdiyi mətbuat konfransında bildirib.

KONKRET.az xəbər verir ki, M.Pənahov konkret dairələrin adlarını açıqlayb və 33 saylı Xətai birinci, 60 saylı Salyan-Neftçala, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri barədə MSK-ya ciddi müraciətlər daxil olub.

Məxsusi olaraq qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsində liderliyi Hüseynbala Mirələmov, 60 saylı Salyan-Neftçala seçki dairəsində Fəzail Ağamalı, 79 saylı İmişli seçki dairəsində Murad Fərzəliyev (Ekzit-pollun nəticəsində isə Razi Nurullayev), 80 saylı İmişli-Beyləqan seçki dairəsində Çingiz Qənizadə, 81 saylı Beyləqan seçki dairəsində isə Şahin İsmayılov liderlik edir.

Qeyd edək ki, MSK hazırda bu dairələrdə ciddi araşdırmalar aparır və dairələrin nəticələrinin ləğv ediləcəyi istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*