FIDE Qran-prisində Məmmədyarov növbəti görüşünü keçirdibackend

FIDE Qran-prisində Məmmədyarov növbəti görüşünü keçirdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

KONKRET.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster D qrupundakı V tur qarşılaşmasında qara fiqurlarla rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib.

Qarşılaşma 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da Məmmədyarov ardıcıl 5-ci dəfə “sülh”ə razılaşıb.

O, Predke ilə III turda ağ fiqurlarla heç-heçə edib. Azərbaycan təmsilçisi I və IV turlarda çinli Yu Yanqyu ilə, II turda isə fransalı Maksim Vaşye-Laqravla bərabərə qalıb.

Hazırda Vaşye-Laqrav 3 xalla qrupa başçılıq edir. Hərəyə 2,5 xalı olan Məmmədyarov və Yanqyu 2-3-cü yerləri bölüşdürür. Predke isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*