FIG Rusiya gimnastına intizam işinin açılmasını istədibackend

FIG Rusiya gimnastına intizam işinin açılmasını istədi

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiyanın idman gimnastı İvan Kulyaka qarşı intizam işinin açılmasından ötrü Etika Fonduna müraciət edib.

KONKRET.az-ın məlumatına görə, səbəb Qətərin paytaxtı Dohadakı Dünya Kubokunun mərhələ yarışında baş vermiş insidentdir.

Kulyak paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində “Z” hərfi yazılmış geyimlə çıxıb. Onun bürünc medal qazandığı yarışda “qızıl”ı ukraynalı İlya Kovtun əldə edib. “Gümüş”ə isə Qazaxıstandan olan Milad Kərimi yiyələnib.

FIG rusiyalı idmançının davranışını şokedici adlandırıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki “Z” yazısı “Za pobedu” (“Qələbə uğrunda”) mənasını verir.

Xatırladaq ki, Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış edirlər. Onlar martın 7-dən FIG bayrağı altında bütün beynəlxalq yarışlardan rəsmən kənarlaşdırılacaqlar. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*