Livandakı Filippinin Xarici Əmək Bürosu (POLO) Azərbaycan, Gürcüstan və Şimali Kipr xaricdəki Filippin işçiləri (OFWs) üçün məşğulluq bazarı hesab olunur.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə POLO-nun Əmək masələləri üzrə attaşesi Alexandro Padaen bildirib.
A. Padaen qeyd edib ki, bu 3 ölkə ilə yanaşı, Filippin işçiləri üçün digər məşğulluq məkanı kimi POLO-nun yurisdiksiyasında olan Türkiyəyə də baxırıq: “Hər şey normallaşdıqdan sonra Türkiyə işçilərimiz üçün məşğulluq bazarı kimi yaxşı perspektivdir. Hazırda oradakı filippinli işçilərin sayı 4 000 nəfərdir”.
Onun sözlərinə görə, indiyə qədər, məişət xidmət sahəsinin işçilərinin yerləşdirilməsi üçün 11 xarici kadr agentliyini (FRA) akkreditə etmişik.
“Neft-qaz sektoruna görə Azərbaycanın və Gürcüstanın yaxşı perspektivləri var. Hazırda orada işçilərimiz, ixtisaslı və təbii ki, məişət xidmət sahəsinin işçilərimiz var”, – o qeyd edib.
