Filippin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Olonqapo şəhərindən 120 km cənuq-qərbdə, ocağı isə 30 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
