Filippində vulkandakı aktivliyə görə yüzlərlə insan təxliyə edildibackend

Filippində vulkandakı aktivliyə görə yüzlərlə insan təxliyə edildi

Filippinin paytaxtı Manilanın cənubunda yerləşən Taal vulkanında aktivlik səbəbindən 1200-ə yaxın insan təxliyə edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mütəmadi olaraq aktivləşən vulkanın 1,5 kilometr hündürlüyə qədər kül və tüstü səpdiyi bildirilir.

Vulkanın aktivləşməsindən sonra 5 mərhələli xəbərdarlıq sistemində həyəcan səviyyəsini 3-ə qaldırıb. Vulkanın yaxınlığında yerləşən Aqonsilo və Laurel kəndlərində yaşayanlara püskürmə və sunami təhlükəsi barədə xəbərdarlıq edilib .

Hökumət 1200-ə yaxın kənd sakinini təxliyə edərkən, mümkün partlayışlara qarşı təxliyə edilənlərin sayının 8 mini keçə biləcəyi qeyd edilib.

Qeyd edək ki, Filippin Sakit okeanda zəlzələlərin və vulkan püskürmələrinin intensiv olduğu “Alov qurşağı” adlanan qırılma xəttində yerləşir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*