Financial Times: “Türkiyə NATO-da İsveç və Finlandiya ilə bağlı danışıqları əngəlləyir” – SƏBƏBLƏRbackend

Financial Times: "Türkiyə NATO-da İsveç və Finlandiya ilə bağlı danışıqları əngəlləyir" - SƏBƏBLƏR

“Financial Times” nəşrinin yazdığına görə, Türkiyə NATO-da İsveç və Finlandiya ilə bağlı danışıqları əngəlləyir.

KONKRET.az xəbər verir ki, nəşr Ankaranın iki ölkənin alyansa daxil olmaq üçün müraciətlərinə baxılmasının qarşısını alıb. Buna səbəb kimi isə Ərdoğan daha əvvəl söylədiyi fikirlər göstərilir. Belə ki, Ərdoğan daha öncə kürdlərə qarşı dəqiq mövqenin olmaması səbəbindən İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləməyəcəyini bəyan edib.

Qəzetin yazdığına görə, NATO ölkələrinin səfirləri mayın 18-də bloka qoşulmaq üçün Helsinki və Stokholm tərəfindən verilmiş ərizələri müzakirə etmək məqsədilə bir araya gəlib. Lakin Ankara danışıqların başlanmasına icazə verməyib.

NATO danışıqların əngəllənməsi ilə bağlı məlumata şərh verməkdən imtina edib. Baş katib “bütün müttəfiqlərin təhlükəsizlik maraqlarını nəzərə almaq lazımdır” bəyanatına istinad edib.

Ərdoğan isə PKK döyüşçülərinin ekstradisiyası həyata keçirilmədən İsveçin NATO-ya üzvlüyünün təsdiqini istisna edib.

“Financial Times” qeyd edir ki, mövcud vəziyyətlə bağlı ABŞ, Türkiyə, Finlandiya və İsveç arasında bir neçə həftəlik diplomatik gərginlik gözlənilir.

Nəşrin yazdığına görə, blokun bütün (30) üzv ölkələri alyansın üzvlük ərizələrini ratifikasiya etməlidir. Lakin bu proses yalnız NATO üzvlük protokolunu verdikdən, həmçinin İsveç və Finlandiyanı alyansa qoşulmağa rəsmi dəvət etdikdən sonra başlaya bilər.

Qeyd edək ki, Skandinaviya ölkələri NATO-ya üzv olmaq üçün rəsmi ərizə veriblər. Bu ərizələrə Şimali Atlantika Alyansı Şurası tərəfindən baxılacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*