Fransa “Miraj”ı Ukraynaya verir – “Rusiyanı vurmaq olar”backend

Fransa "Miraj"ı Ukraynaya verir – “Rusiyanı vurmaq olar”

“Fransa “Mirage 2000-5” döyüş təyyarəsini Ukraynaya təhvil verəcək və ukraynalı pilotlar üçün döyüş təyyarələrini idarə etməyi öyrənmək üçün təlim proqramına başlayacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, hazırlıqlar bu yay başlayacaq və beş-altı ay çəkəcək. Təyyarənin təhvil verilməsi ilin sonuna yaxın baş verəcək. Makron qeyd edib ki, Kiyev Rusiyadakı hədəflərə hücumlar üçün “Mirage 2000-5-“dən istifadə etmək hüququ əldə edəcək.

“Biz sizə mülki şəxslərə hücum etmək üçün silahdan istifadə etməyə icazə vermirik, ancaq hücuma məruz qaldığınız nöqtəni zərərsizləşdirmək üçün əlinizdən gələni edin”.

Forbes-in məlumatına görə, bu təyyarələr Fransanın artıq Ukraynaya göndərdiyi SCALP-EG qanadlı raketlərindən, həmçinin AASM Hammer ağıllı bombalarından istifadə etmək qabiliyyətinə malikdir.

Makron həmçinin 4500 Ukrayna əsgərinə təlim keçmək niyyətində olduğunu açıqlayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*