Fransa Rusiya qazına “tavan” qoyulması ideyasını dəstəklədibackend

Fransa Rusiya qazına “tavan” qoyulması ideyasını dəstəklədi

Fransa hakimiyyəti Rusiya qazının qiymətinin məhdudlaşdırılması ideyasını dəstəkləyəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Paris Avropa Komissiyasının (AK) Rusiyadan alınan təbii qaza qiymət tətbiq etmək ideyasını dəstəkləyib.

Bunu Fransanın enerji transformasiyaları naziri Anes Panye-Runaşe deyib:

“Avropa Komissiyası belə bir təkliflə çıxış edərsə, biz Rusiya qazı üçün qiymət tavanının qoyulmasını dəstəkləyəcəyik”, –  fransalı nazir bildirib.

O əlavə edib ki, Fransa tərəfi Avropa Komissiyasının qazla bağlı digər təkliflərini, xüsusən də mavi yanacağın alqı-satqı müqavilələrinin sığortalanması mexanizmini, eləcə də qaz bazarında maliyyə spekulyasiyasını məhdudlaşdıran addımları dəstəkləyəcək.

Xatırladaq ki, daha öncə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto rəsmi Budapeştin Aİ-nin energetika nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiya qazına  “tavan”  tətbiq edilməsinə qarşı çıxdığını açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*