Fransa səfirliyi qarşısında aksiya keçirildi – VİDEObackend

Fransa səfirliyi qarşısında aksiya keçirildi - VİDEO

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyada iştirakçılar iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasını tələb ediblər. 

Aksiya iştirakçıları ötən gün Fransa senatının qəbul etdiyi qətnamənin ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın vasitəçilik missiyasına uyğun olmadığını bildiriblər.

Sədrlik qarşısına toplaşan insanlar qəti şəkildə Fransa senatının belə bir mövqe bildirməsini pisləyib. Eyni zamanda ATƏT üzvlərinin Fransanın vasitəçilik missiyasına yenidən baxılması məsələsi irəli sürülüb. Bundan sonra Fransa ilə Azərbaycan arasında münasibətlərin əvvəlki  kimi olmayacağını səsləndirən aksiya iştirakçıları, hətta diplomatik əlaqələrin yenidən gözdən keçirilməsi ilə bağlı şüarlar səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*