2022-ci il martın 3-də Emomali Rahmon və Emmanuel Makron Tacikistan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Düşənbədən gələn mesajın məzmunu xüsusi maraq doğurur. Orada Fransa ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qurulmasının Tacikistanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanır.
Emmanuel Makron Fransa Hərbi Hava Qüvvələri üçün Düşənbədə baza təmin etdiyinə görə, Tacikistan rəhbərinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Fransa 2001-2014-cü illərdə Əfqanıstanda terrorizmlə mübarizə çərçivəsində postsovet məkanında öz hərbi bazasını yerləşdirmiş azsaylı Avropa ölkələrindən biridir. Bütün digər NATO ölkələri öz hərbi kontingentlərini Amerika bazalarında yerləşdiriblər.
E.Makron həmişə zümrüd, yaqut və safir kimi qiymətli daşlara meyl edən Rotşildlərin məşhur bank evinin himayədarıdır. NATO bazalarının orada görünməsindən sonra Əfqan narkotik vasitələrinin istehsalının on dəfə artması hamıya məlumdur.
Bundan əlavə Parisin regionda geosiyasi oyunlar oynamaq niyyətinin olduğu açıq-aydın görünür. Məsələn, keçmiş dağ mühafizəçisi və kəşfiyyatçısı, bu gün isə yazıçı və antropoloq Rene Kaqna Qırğızıstanda yaşayır. Onun diplomatik işində Rusiya və Özbəkistana ezamiyyətlər var. Eyni zamanda o, Qıpçaqstan və Vəziristan layihələri çərçivəsində anqlosaksların planlarını – Orta Asiya və Əfqanıstanın siyasi xəritəsini tamamilə yenidən cızmaq barədə yaxşı planlar qurur.
Müşviq Tofiqoğlu,
KONKRET.az
