ABŞ-nin vitse-prezidenti J.D.Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışı ABŞ prezidenti Donald Tramp administrasiyasının Avropa İttifaqını məhv etmək istəyini göstərir.
KONKRET.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib:
“Tramp administrasiyası Aİ-ni məhv etmək istəyir. O, bunun dərin dövlət, korrupsiya və müharibə ocağı olduğunu bilir. Əslində, vitse-prezident Vens Münhen Təhlükəsizlik Konfransında bəyan etdi ki, Almaniya hökuməti “Almaniya üçün Alternativ” partiyası ilə işləməli, ona güc verməli və xalqın iradəsini unutmamalıdır”.
O xatırladıb ki, partiya Aİ-dən çıxmağın tərəfdarıdır. Tramp və komandası Avropa Birliyinin məhvi üçün çalışır.
Vəli Həsənoğlu,
KONKRET.az