Fuad Çıraqov: “Ermənistanda keçmişlə gələcək qarşı-qarşıyadır”backend

Fuad Çıraqov: "Ermənistanda keçmişlə gələcək qarşı-qarşıyadır"

“Ermənistanın işğalçı siyasətdən əl çəkərək qonşuları ilə əməkdaşlığı ehtiva edən normal, səmərəli münasibətlər qurmaq istəyən ölkəyə çevriləcəyinə ümidvarıq”.

KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Türkiyədəki Avrasiya Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuş “Müharibədən sonrakı Cənubi Qafqaz” adlı vebinarda BMTM-in şöbə müdiri, politoloq Fuad Çıraqov bildirib.

Politoloq bu mənada Ermənistanda baş verənlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib:

“Bunlar nəinki iqtidarla müxalifətin ənənəvi mənada qarşıdurması, həm də onların arxasında duran qüvvələrin qarşıdurmasıdır. Bunlar həm də Ermənistanın keçmişi və gələcəyinin qarşıdurmasıdır. Daha doğrusu, müasir dövlətçilik ideologiyası ilə qonşulara ərazi iddiaları irəli sürən işğalçı dövlətin ideologiyası arasında qarşıdurmadır”.

F.Çıraqov hələ XX əsrin əvvəllərində regionda ilk erməni dövlətinin yaranması zamanı da qonşu ölkələrə qarşı ərazi iddiaların önə çıxdığını xatırladıb: “O zaman İrəvan xanlığının türk-müsəlman əhalisinə qarşı etnik təmizləmələr aparılıb. Həm də bunlar təkcə Azərbaycana qarşı törədilməyib, onların Gürcüstana qarşı da ərazi iddiaları vardı, həmin ölkəyə də müharibə elan etdilər. Türkiyəyə qarşı iddialarından, qondarma soyqırımı iddialarından isə heç danışmağa dəyməz. Məsələ burasındadır ki, həmin ilk erməni dövlətinin ideologiyasında türk-müsəlmanlara qarşı nifrət o qədər güclüdür ki, daşnaklar İranın şimalındakı türklərin də, Orta Asiyada özbəklərin də qırğınını törətdilər”.

Politoloqun fikrincə, erməni daşnaklarının türk-müsəlmanlara qarşı nifrətinin nisbətən arxa plana keçdiyi dövr SSRİ dövrü olub. Bununla belə, həmin dövrdə Ermənistan ərazisindən azərbaycanlı əhalisinin kütləvi sürgünü həyata keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*