Füzuli Mərkəzi Kitabxanasında baş verən yanğınla bağlı AÇIQLAMAbackend

Füzuli Mərkəzi Kitabxanasında baş verən yanğınla bağlı AÇIQLAMA

Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən KONKRET.az-a bildirilib ki, yanğın fevralın 5-də təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb.

Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıb, bu səbəbdən xəsarət alan yoxdur.

FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır.

Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*