Füzulidə Zəfər Günü qeyd olundu – VİDEObackend

Füzulidə Zəfər Günü qeyd olundu - VİDEO

Füzulidə 8 Noybar- Zəfər Günü ilə əlaqədar tədbir keçirilir. Zəfər Günü tədbiri Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil edilib.

KONKRET.az xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının əməkdaşları, Füzulidə məskunlaşan ailələr, məktəb kollektivi iştirak edir.

Tədbirin rəsmi hissəsindən sonra Zəfər Gününə həsr olunmuş videoçarx təqdim ediləcək, həmçinin muğam konserti və sonda atəşfəşanlıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*