Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənibbackend

Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib

Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, rayonun Qardağ kənd sakinləri – 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, eləcə də Gərgər kəndindən olan 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yadım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*