Gəlin, birlikdə yaşayaq! – Lukaşenkobackend

Gəlin, birlikdə yaşayaq! - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko qonşu ölkələri sülhü qorumağa və birlikdə harmoniyada yaşamağa çağırıb. 

KONKRET.az BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko qonşu ölkələri dünyanı xilas etməyə səsləyib.

“Bu, aktualdır. Mən ilk növbədə qonşulara müraciət etmək istəyirəm: gəlin, birlikdə yaşayaq!” – deyə o bildirib.

Belarus dövlət başçısı qeyd edib ki, Pasxa bayramında insanlar Tanrıdan əsas şey – sülh, harmoniya və dostluq diləyirlər. Onun sözlərinə görə, bu, həmişə belaruslara xas olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*