Xəbər verdiyimiz kimi, Gəncədə sərnişin avtobusu aşıb.
KONKRET.az xəbər verir ki, bu gün saat 14:00 radələrində Gəncə şəhərində 1 nömrəli müntəzəm marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusunun yoldan çıxaraq bina tikintisi üçün qazılan xəndəyə aşmasının anbaan görüntüləri ortaya çıxıb.
Görüntüdə də əks olunub ki, sərnişin avtobusu anidən arxaya doğru hərəkət edir və dərin qazılan xəndəyə düşür.
