Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
KONKRET.az xəbər verir ki, oktyabrın 28-də Gəncə şəhərində Mercedes Sprinter markalı avtomobil tərəfindən vurulan piyada, 1988-ci il təvəllüdlü V. Əliyev almış olduğu bədən xəsarətlərindən müalicə aldığı xəstəxanada bu gecə vəfat edib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(apa)