Dünən Gəncədə ağır yol qəzası baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu sükanı arxasında olduğu “VAZ 21150” markalı avtomobillə şəhərin Natavan-2 qəsəbəsində hərəkətdə olarkən maşının sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.
Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt üzrə Gəncə şəhər BPİ-də cinayət işi başlanıb, istintaq aparılır.
