“Bakı çox dahilər bəxş edib: Müğənni Müslüm Maqomayev, kəşfiyyatçı Rixard Zorge, fizik Lev Landau və sahibkar Zeynalabdin Tağıyev. Bu, uzun siyahının kiçik bir hissəsidir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Moskva-Baku Portralına müsahibəsində Rusiya Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov vurğulayıb.
O deyib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin adı, Azərbaycan üçün bu qədər işlər görmüş bir insanın adı artıq ləyaqətlə və haqlı olaraq bu siyahıdadır. İlham adının mənası “mənəvi güc” deməkdir və bu gücün tükənməməsini ürəkdən arzulayıram”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
