Google Rusiyaya bunu da qadağan etdi – ÖZƏL backend

Google Rusiyaya bunu da qadağan etdi - ÖZƏL 

Google hökumət tərəfindən maliyyələşdirilən Rusiya mediası üçün platformalarında monetizasiyanı dayandırır.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bununla da Google Rusiya dövlət mediasına öz resurslarında reklam yerləşdirməyi qadağan edib. Fövqəladə halları əsas gətirən Google-un YouTube bölməsi “bir sıra YouTube kanallarının monetizasiya imkanını dayandırdığını” bildirib. Onların arasında bir neçə Rusiya kanalı da var.

Google sözçüsü Michael Aciman bildirib ki, şirkət, həmçinin Rusiya dövlət mediasına öz vebsaytları və proqramlarında gəlir əldə etmək üçün onun reklam texnologiyasından istifadə etməyi qadağan edib. Bundan əlavə, Rusiya mediası Google Tools vasitəsilə reklam ala bilməyəcək və ya axtarış və Gmail kimi Google xidmətlərində reklam yerləşdirə bilməyəcək. Aciman “Biz hadisələri fəal şəkildə izləyirik və lazım gələrsə, əlavə addımlar atacağıq”-, deyə vurğulayıb.

YouTube sözçüsü Farşad Şadlounun sözlərinə görə, təsirlənmiş mediadan videolar da tövsiyələrdə daha az görünəcək. O əlavə edib ki, Ukrayna hökumətinin tələbindən sonra RT və bir sıra digər kanallar artıq Ukraynada mövcud olmayacaq. Bundan əvvəl “Facebook”un sahibi olan “Meta” şirkəti Rusiyada dövlət mediasının reklamına və monetizasiyasına qadağa qoyulduğunu elan etmişdi.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*