Goranboyda maşın dəmir arakəsməyə çırpıldı – Ona yaxın şəxs xəsarət aldıbackend

Goranboyda maşın dəmir arakəsməyə çırpıldı - Ona yaxın şəxs xəsarət aldı

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı maşınının sürücüsü idarəetməni itirdiyindən maşın yol kənarında olan dəmirə çırpılıb. Hadisə nəticəsində 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb “KamAZ”-ın qarşısında digər avtomobilin qəflətən əyləci basaraq manevr etməsi olub.

Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*