Goranboyda vətəndaşlarda odlu silah aşkarlandıbackend

Goranboyda vətəndaşlarda odlu silah aşkarlandı

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər vətəndaşdan müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən müvafiq profilaktiki tədbirləri nəticəsində rayonun Kəpənəkçi kənd sakini müvafiq sənədləri olmayan, ov silahını polisə könüllü təhvil verib.

Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*