Göyçay sakini “Kalaşnikov”unu polisə təhvil verdibackend

Göyçay sakini "Kalaşnikov"unu polisə təhvil verdi

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir nəfər tapdığı “Kalaşnikov” markalı avtomatı, həmin silaha məxsus 3 darağı və 85 ədəd patronu könüllü olaraq təhvil verib.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi məqsədilə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*