Göyçayda 3 aylıq körpə anasının qucağından düşərək ölüb
KONKRET.az xəbər verir ki, rayonun Ləkçıplaq kəndində qucağında körpə olan ana pilləkənlərlə enərkən yıxılıb.
Bu zaman körpə anasının qucağından yerə düşərək başından ciddi xəsarət alıb.
Həkim çağırılsa da, uşağı xilas etmək mümkün olmayıb.
