Göygöl rayonunda zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az-ın məlumatına görə, Göygöl şəhərində sakinləri 2009-cu il təvəllüdlü S.Həsənova və onun bacısı, 2010-cu il təvəllüdlü T.Həsənova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlara həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.
