Göygöldə MÜƏMMALI ÖLÜM: İki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldıbackend

Göygöldə MÜƏMMALI ÖLÜM: İki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı  

Göygöldə intihar hadisəsi baş verib.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb.

Kənd sakini 25 yaşlı Səbinə Həsənəliyeva yaşadığı evdə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Qadının hansı səbəbdən intihar etməsi məlum deyil. Mərhum iki övlad anası olub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*