Güclü külək ağacları aşırdı, xəsarət alanlar var – VİDEObackend

Güclü külək ağacları aşırdı, xəsarət alanlar var - VİDEO

Mingəçevirdə qəfil başlayan güclü külək ağacları maşınların və insanların üzərinə aşırıb. 

KONKRET.az-ın məlumatına görə, şəhər ərazisində 3 belə hadisə qeydə allnıb.

Aydın Məmmədov küçəsində ağac minik avtomobilinin, küçənin digər hissəsində isə kiçik tutumlu yük maşınının üzərinə aşıb.

Sonuncu hadisə zamanı müxtəlif bədən xəsarətləri alanlar var. Onlar xəstəxanaya çatdırılıblar.

Sənaye Parkının yaxınlığında isə qırılan ağac piyada qadına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*