Oğuzda bağlanan yolda hərəkət bərpa olundu – YENİLƏNİBbackend

Oğuzda bağlanan yolda hərəkət bərpa olundu - YENİLƏNİB

Oğuzda bağlanan yolda hərəkət bərpa olunub.

KONKRET.az xəbər verir ki, güclü külək nəticəsində irigövdəli ağacların aşmasından sonra nəqliyyat vasitələri üçün bağlanan Oğuz-Bayan avtomobil yolu Yol İstismarı İdarəsinin təxnikaları və şəxsi heyəti tərəfindən açılıb.

Yola aşmış ağaclar doğranaraq yoldan götürülüb.

Hazırda yolda nəqliyyat vasitələri asanlıqla hərəkət edir. Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

22:06

Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb

KONKRET.az xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin kəskin dəyişməsi nəticəsində Oğuz-Bayan avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağaclar yola aşıb. Nəticədə yolda hərəkət dayanıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yolun açılması istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*