Hacı Surxay: "Ətin qurbanlıq adı ilə kiloqramla satılması doğru deyil" - VİDEO
403
“Qurban” sözü ərəbcə yaxınlıq mənasını ifadə edir. Yəni bu, Allaha yaxınlaşmaq mənasında tərcümə olunur”.KONKRET.az xəbər verir ki, bu sözləri sorğu.tv-yə müsahibəsində İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Məmmədli deyib.İlahiyyatçı bildirib ki, Qurban bayramı 16-17 iyun tarixlərinə təsadüf edir. Hacı Surxay kimlərin və hansı heyvanları qurban kəsməli olduğundan, bayramın fəzilətindən danışıb. İlahiyyatçı bayram günü ət dükanlarında heyvanların kəsilərək kilo ilə satılmasının doğru olmadığını qeyd edib.