Hakerlər “Twitter”də “Facebook”un iki rəsmi hesabını ələ keçiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri yayıb.
Qeyd edildiyi kimi, haker hücumu fevralın 7-də həyata keçirilib.
Facebook hesabında və Messenger tətbiqetməsində OurMine qrupuna aid bir yazı ortaya çıxıb: “Hətta Facebook haker hücumlarına qarşı acizdir, lakin heç olmasa onun təhlükəsizlik sistemi Twitter-dən daha yaxşıdır”. Mesaj dərhal silinib.
Şirkət bir sıra korporativ hesabların sındırıldığını etiraf edib, lakin onlara giriş bərpa edilib.
Twitter həmçinin Facebook hesablarının “kənar platforma vasitəsi ilə hücum edildiyini” təsdiqləyib.
Babək Göyüş
KONKRET.az
