Ermənistan baş Naziri Nikol Paşinyanın aparatı Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi üçün yenidən ölkə prezidenti Armen Sarkisyana petisiya göndərdi, bu dəfə əsaslı şəkildə.
KONKRET.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Sarkisyan cümə axşamı baş nazir Davtyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi təklifini öz etirazı ilə geri qatarıb.
“Baş nazirin aparatı əsaslandırma ilə yenidən prezidentə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması üçün vəsatət göndərib”, – aparat nümayəndəsi qeyd edib.
Prezident sənədləri yenidən imzalamasa, qərar avtomatik olaraq qüvvəyə minəcək.
Bundan əvvəl, Paşinyan Sarkisyana baş nazirin səlahiyyətləri əsasında martın 10-dan etibarən istefaya göndərilən general-polkovnik Onik Qasparyanın əvəzinə Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi üçün vəsatət qaldırmışdı. Qasparyan işdən çıxarılmasına dair İdarə Məhkəməsində etiraz edəcəyini bildirdi. virtualaz.org
