Hansı hallarda yenidən qapanmalar olacaq? – RƏSMİ AÇIQLAMAbackend

Hansı hallarda yenidən qapanmalar olacaq? - RƏSMİ AÇIQLAMA

Karantin qaydalarının sərtləşməsi təkcə hökumətdən deyil, hər birimizdən asılıdır.

KONKRET.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, yoluxmanın artmaması üçün vətəndaşlar özlərini qorumalıdır:

“Sərtləşmə qərarını hökumət birdən vermir. Sərtləşmə qərarı ilə bağlı ölkədə vəziyyət araşdırılır, epidemioloji durum qiymətləndirilir və vəziyyətə uyğun qərar verilir. Əgər yoluxma sayı artarsa, sərtləşmə ola bilər. Buna görə də vətəndaşlar maskadan istifadə etməli, qorunlmalıdır. Rayonlara gedən vətəndaşlar da özlərini qorumalı, ehtiyac olmadığı halda, bayram günlərində evdən çıxmamağa üstünlük verməlidirlər. Əgər vəziyyət idarə olunan səviyyədə qalarsa, hökumət sərtləşmə qərarı verməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*