Tayvanın “EVA Air” və “Thai Airlines” aviaşirkətlərinə məxsus təyyarələr Tokionun “Haneda” hava limanının uçuş-enmə zolağında toqquşub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, təyyarələrdən birinin qanadı ciddi zədələnib və bir hissəsi uçuş zolağında qalıb.
Məlumata görə, hadisənin baş verdiyi zolaq hazırda bağlanıb.
İqbal Rzayev,
KONKRET.az
