backend

Həkimdən xanımlara XƏBƏRDARLIQ: “Maska taxanda “tonal” kremlər istifadə etməyin” - VİDEO

“Koronavirusla əlaqədar maska istifadə edən şəxslər üzlərini sabunla deyil, antiseptik maddələrlə təmizləsinlər”.

KONKRET.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dermatoloq Şövqi Zeynalov deyib.​

Rəngli maska taxmağın üz dərisi üçün məsləhət olmadığını bildirən həkim qeyd edib ki, təmiz pambıqdan hazırlanan maskalardan istifadə etmək daha təhlükəsizdir.​

Həmçinin Ş.Zeynalov maska taxan xanımlara tonal kremdən istifadə etməməyi tövsiyə edib:

“Xanımların maska taxan zaman tonal kremlərdən istifadə etməsi məsləhət deyil. Çünki bu kremlər, xüsusilə də tünd tonal kremlər dəri məsafələrini qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*