Nazirlər Kabineti həlak olan işğalçıların meyitlərinin toplanmasının təmin edilməsi qaydasını müəyyən edib.
KONKET.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 5 mart tarixli qərarında deyilir.
Qeyd olunur ki, qərar, xüsusilə, Ukrayna ərazisində sanitar-epidemik vəziyyətin pisləşməsinin və ərazilərdə ölənlərin basdırılmamış cəsədlərinin (qalıqlarının) olması ilə əlaqədar təhlükəli yoluxucu xəstəliklərin yaranmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Qərara əsasən, hərbi idarələr yerli özünüidarəetmə orqanları ilə birlikdə cəsədlərin yığılmasını təşkil edir.
Hərbi idarələr Silahlı Qüvvələrin ərazi müdafiə qoşunlarının, Milli Qvardiyanın, Milli Polisin, Dövlət Fövqəladə Hallar Xidmətinin, Məhkəmə-Tibbi Ekspertiza Bürosunun (razılıq əsasında), istintaq və təhqiqat hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət müvafiq xüsusi qrupların formalaşdırılmasını təmin edir.
Xüsusi qruplar cəsədlərin yığılması və daşınması üçün patoanatomik çantalar, gigiyena vasitələri, xüsusi geyim forması və fotofiksasiya vasitələri, cəsədlərin daşınması üçün xüsusi nəqliyyat vasitələri ilə təmin edilməlidir. İxtisaslaşdırılmış nəqliyyat olmadıqda, xüsusi qrupların şəxsi heyətinin təhlükəsizliyini təmin etmək üçün “ağ fonda qırmızı xaç” şərti xarici işarələri olan mövcud nəqliyyatdan istifadə olunur.
Qeyd olunur ki, meyitlər toplanarkən, imkan daxilində, Rusiya Federasiyasının Ukrayna ərazisinə hərbi müdaxiləsinin real nəticələrini daha da çatdırmaq üçün jurnalistlər bu tədbirlərin həyata keçirilməsinin video və foto çəkilişlərinə cəlb olunurlar.
Silahlı Qüvvələrdən və hüquq-mühafizə orqanları əməkdaşlarından meyitlərin yerləşdiyi yer barədə operativ məlumat almaq üçün Milli Polisin nəzdində xüsusi çağırış mərkəzi yaradılır.
Qeyd olunur ki, meyitlər mümkün olmadıqda meyitxanalara, başqa xüsusi ayrıca saxlama yerinə aparılır və sonradan konkret toplama və saxlama yerinə daşınaraq dəmir yolu bazasında xüsusi soyuduculara və ya soyuducu qoşqulara yerləşdirilir.
Cəsədlərin Rusiya Federasiyası ərazisinə və Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə verilməsi beynəlxalq təşkilatların (birliklərin) nümayəndələrinin iştirakı və köməyi ilə yalnız meyitlərin son tanınmasından, şəxsiyyətinin müəyyən edilməsindən sonra həyata keçirilir. Bu proses 15 gündən çox olmayaq həyata keçirilir.
Ölənlərin şəxsiyyəti məlum olmayana qədər cəsədlər (qalıqlar) toplama məntəqələrində soyuducularda saxlanılır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
