Helikopter qəzası ilə bağlı axmaq fərziyyələrinizi saxlayın – Nə baş verdiyini çox yaxşı bilirikbackend

Helikopter qəzası ilə bağlı axmaq fərziyyələrinizi saxlayın - Nə baş verdiyini çox yaxşı bilirik

Helokopter qəzasında həyatını itirən hərbçilərimizin dəfn edildiyi gün:

– Bakıda aksiya keçirilir;

– Oqtay Gülalıyevin “ölüm” xəbəri yayılır;

Və hərbçilərin dəfn edildiyi gün bütün bu baş verənlər təsadüfdürmü? Əlbəttə ki, xeyr! Nə baş verdiyini çox yaxşı bilirik, rəsmi xəbərlərdən qıcıq olan bir çox naşılara boş yerə demirdik ki, helikopter qəzası ilə bağlı axmaq fərziyyələrinizi saxlayın. Hər halda sizdən də daha yaxşı yaza bilirik, bütün proseslərdən də xəbərdarıq. Lazım olsaydı, biz də öz mülahizələrimizi yazardıq.

Özlərini ağıllı göstərmək istəyən “təhlil”çilər başa düşmürlər ki, hər hansı bir hadisədən bu ölkədə xaos yaratmaq üçün fürsət gözləyən, bir ucu xaricə uzanan qüvvələr var.

Ağıllı adamlar! Heç olmasa, siz məntiqlə davranın!

P.S. Fərqinə varmadığınız bir məqamı da xatırladım. Axı Zahid Oruc həbsdə olan Saleh Rüstəmovla bağlı ümidverici mesaj vermişdi. Axı o, özbaşına danışmırdı. O zaman nəyə lazım idi Bakının mərkəzindəki bu hoqqabazlıq?! Deməli, Azərbaycanda müxalifətin əsas məqsədi S.Rüstəmovu həbsdə saxlamaqla hakimiyyətə qarşı təzyiqlər etmək, prosesləri daha da qızışdırmaq və aqressiv mühit yaratmaqdır…

Samir Feyruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*