HƏMAS özünün “Telegram” kanalında girov götürülmüş israilli qızın görüntülərini yayıb.
KONKRET.az xəbər verir ki, özünü Liri Albaq kimi təqdim edən və 19 yaşında olduğunu deyən qız videoda bildirib ki, hazırda onun və digər girovların taleyi İsrail ordusunun Qəzza zolağını tərk edib-etməməsindən asılıdır.
O, 450 gündən çox əsirlikdə olduğunu vurğulayıb.
Qeyd edək ki, videonun harada və nə vaxt çəkildiyi barədə məlumat verilməyib. (APA)
KONKRET.az