“HƏMAS hərəkatının rəhbərinin namizədliyi ilə bağlı müzakirələr davam edir, yeni lider hələ seçilməyib”.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzuk deyib.
Qeyd olunub ki, liderin adı qarşıdakı vaxtlarda açıqlanacaq.
Xatırladaq ki, təşkilatın rəhbəri Yəhya Sinvar oktyabrın 17-də İsrailin zərbələri nəticəsində öldürülüb.
Məlik,
KONKRET.az