1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
KONKRET.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, vəziyyəti qənaətbəxşdir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib./APA
