Şərurda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynov dəfn edilib.
KONKRET.az-ın məlumatına görə, mərhum hərbçimiz Ordubad rayonunun Gənzə kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hərbi qulluqçular, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.


